16 C
Baku
Tuesday, April 30, 2024

“Prezidentə müraciət etmişdim ki, məni bu gərgin fəaliyyətdən azad etsin”

Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri vəzifəsindən azad edilən Əli Həsənov “BBC News Azərbaycancaya” müsahibə verib.            Əli Həsənov, “Prezidentin Sizin vəzifədən azad edilməsi barədə Sərəncam imzalayacağını gözləyirdiniz?” sualına cavab verib.

Əli Həsənov deyib:

“Mən son 3 ildə səhhətim ilə bağlı cənab Prezidentdən dəfələrlə xahiş etmişdim ki, məni gərgin işdən azad etsin. Mən 53 yaşında 2 dəfə açıq ürək əməliyyatı keçirtmişəm, bir dəfə infarkt keçirtmişəm. Yəni, mənim sağlamlığım, mənim mövcudluğum Allaha bağlıdır. Bu iş mənim üçün həddindən artıq gərgin idi. Mən son  3 ildə dəfələrlə cənab Prezidentə “imkan varsa mənim işimi dəyişin” şəkilində müraciət etmişdim. Bu gün də təşəkkür edirəm ki, mənim müraciətimi də nəzərə alaraq, yəqin ki, onun özünün bununla bağlı digər planları, proqramları və səbəbləri var və məni azad etdi. Prezidentin sərəncamına görə mən ona təşəkkür edirəm. 

Son xəbərlər
 ⁠
Digər xəbərlər