26 C
Baku
Friday, April 19, 2024

Prezidentə yeni köməkçi təyin edildi

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunda dəyişiklik edilib.

Dövlət başçısının yeni köməkçiləri təyin olunub.

Dilarə Seyidzadə prezidentin köməkçisi, Azər Əmiraslanov prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi, Zeynal Nağdəliyev prezidentin ərazi-təşkilati məsələləri üzrə köməkçisi, Fuad Ələsgərov prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, Novruz Məmmədov prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi təyin edilib.

Bundan əlavə, Azərbaycan Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə vəzifəsindən azad olunub.

Prezident Administrasiyasının yeni strukturunda Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsi boşdur.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər