Prezident Ərdoğan: “Qərb dünyası bizə qarşı çıxan terrorçuların tərəfini saxlayır”

Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan, “TRT World Forum” dakı nitqində söyləyib: “Bütün Qərb bizə qarşı çıxan terrorçuların tərəfini tutaraq, özü də Türkiyəyə qarşı qaldı. Bu, həm NATO, həm də Aİ-na aiddir”.

Banker.az xəbər verir ki, “Anadolu Ajansı” agentliyinin verdiyi məlumata görə, Rəcəb Tayyib əlavə olaraq bildirib: “Əvvəllər terrorçulara qarşı çıxırdınız, nə vaxtda onların tərəfini tutma başlamısınız? Mən bunu demişəm və bir daha deyəcəyəm: Demokratik Birlik və Xalq Müdafiə Qüvvələri terrorçu qrupları NATO-ya daxil olublar, amma bizə bu barədə heç bir məlumat verməyiblər. Bu nədir? Bu necə ağlınıza gəldi? Terrorizmə qarşı çıxanlar bunu bir daha sübut etməli idilər”.

Türkiyə lideri əlavə edib: “Beynəlxalq terrorizmə qarşı mübarizəyə həsr edilmiş iclaslarda da bunu deyirəm, əvvəlcə bu sualıma cavab verin. Terrorçulara dəstək olduğunuzu boynunuza alın, insanlar həqiqəti bilməlidirlər”.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər