16 C
Baku
Thursday, April 25, 2024

Prezident 26 ildir icra başçısı işləyən şəxsi təltif edib

Azərbaycan Prezidenti 26 ildir icra başçısı vəzifəsində işləyən Eyvaz Hüseynovu təltif edib.

Banker.az bu barədə Prezidentin rəsmi səhifəsinə istinad edir.

“Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Eyvaz Mövsüm oğlu Hüseynov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin” – deyə, sərəncamda deyilir.

Bildirək ki, E.Hüseynov 1992-ci ildən bu tərəfə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı postuna gətirlib və hazırda bu vəzifənin icrasındadır.

O, Qarabağ müharibəsi veteranıdır. 1988-ci ildə Xocavənd özünümüdafiə dəstəsini yaradıb, həmin dəstənin komandiri olub. Torpaqlarımızın müdafiəsi uğrunda erməni separatçılarına qarşı aparılan döyüşlərdə dəfələrlə yaralanıb.Rəhbərlik etdiyi Xocavənd batalyonu dəfələrlə düşmənə zərbələr vurub. Xocavənd istiqamətində bütün döyüş əməliyyatlarına birbaşa rəhbərlik edib.

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azrbaycanlı İcması İctimai Birliyinin İdarə heyətinin üzvü, VKC növləri üzrə Azərbaycan Karate Federasiyasının I vitse–prezidentidir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər