“Qısa müddət ərzində 6-sı dövlət, 4-ü isə özəl sahibkarlar tərəfindən tikilməklə hər birinin 200 çarpayılıq yeri olmaqla 10 müasir modul tipli xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur”.
Bunu Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyev aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, həkimlərin və tibb işçilərinin koronavirus xəstəliyinə qarşı mübarizədə xidmətləri yüksək qiymətləndirilir: “Onların maaşı əmək haqlarının 4-5 misli qədər artırıldı. Bu da dövlətin onlara göstərdiyi diqqət və qayğının təzahürüdür”.
Prezident İlham Əliyev vurğulayıb ki, indiyə kimi ölkə üzrə 6000-ə yaxın test keçirilib: “Əhalinin hər bir milyon nəfərinə düşən testin sayı 5200-dən artıqdır. Aparılan testlərin sayına görə dünyada 30-cu yerdəyik. Hər milyon əhaliyə görə aparılan testlərin sayına görə 40-cı yerlərdəyik. Azərbaycanda testlərin aparılması üçün 18 laboratoriya fəaliyyət göstərir. Onların 5-i yeni yaradılıb”.
©Report