6 C
Baku
Sunday, December 15, 2024

Prezident bələdiyyələrə vergiləri nağd şəkildə qəbul etməyi qadağan etdi

Azərbaycan Prezidenti İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiq edib. 

Banker.az məlumat verir ki, dəyişikliyə əsasən “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinin birinci bəndinə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilib:

“Yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır.”

Bu Qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.

Son xəbərlər
Digər xəbərlər