26 C
Baku
Saturday, July 27, 2024

Prezident: ” Bank sektoru sağlamlaşdırılmalıdır”

Bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında Azərbaycan prezidenti İlham Əliyev söyləyib.

Dövlət başçısı ölkədəki bankların vəziyyətinə də toxunub. O deyib ki, tələblərə cavab verməyən, böyük qüsurları olan banklar Azərbaycanın bank sektorunda fəaliyyət göstərə bilməz. Bu sektor sağlamlaşdırılmalıdır. “Bu proses, təəssüf ki, ləng gedir, prosesi sürətləndirməliyik. Bank sektoru iqtisadiyyatın real sektorunu daha çox kreditlərlə təmin etməlidir. Mən göstəriş vermişdim ki, hər bir rayonda sənaye zonası yaradılsın, amma bu proses zəif gedir. Bölgələrə investisiya axınını daha çox Azərbaycan dövləti, sahibkarlar təşkil edirdilər. İndi icra hakimiyyətləri daha fəal olmalıdır. Nə qədər iş yeri açılıb, müəssisə yaradılıb, investisiya cəlb edilib? İcra hakimiyyətlərinin fəaliyyətinə buna əsasən qiymət veriləcək”.

Son xəbərlər
Digər xəbərlər