Fəxri adlara görə aylıq təqaüdlərin məbləği 50%-67% artırılıb.
Banker.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev fəxri adlara görə aylıq təqaüdlərin artırılması və “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
Fəxri adlara görə aylıq təqaüdlərin məbləği 2018-ci il martın 1-dən, “Xalq” fəxri adı üçün 50% artırlaraq 150 (bundan əvvəl 100 manat) manat, “Əməkdar” fəxri adı üçün isə məbləği 67% artlaraq 100 (bundan əvvəl 60 manat) manat müəyyən edilib.
Bundan əlavə olaraq, Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na adları yazılmış gənc istedadlar üçün xüsusi aylıq təqaüdün məbləği 2018-ci il martın 1-dən artırılaraq 300 manatdan 400 manata kimi artırılıb.