12 şəhər və rayonda 237 çoxmənzilli binanın lift təsərrüfatının maddi-texniki bazası möhkəmləndiriləcək.
Banker.az xəbər verir ki, Prezident İlham Əliyevin fevralın 5-də “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanın 12 şəhər və rayonunda 237 çoxmənzilli binanın lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə şəhər, rayon icra hakimiyyətlərinə 40 milyon manat ayrılıb. Həmin çoxmənzilli binalar Bakı, Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Abşeron, Bərdə, Goranboy, Salyan, Şəmkir və Tərtərdə yerləşir.