7 C
Baku
Thursday, December 12, 2024

Prezident Dağlıq Qarabağ məsələsini ilə bağlı fundamental analizi bu quruma həvalə edir

“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 6 fevral tarixli 515 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidenti fərman imzalayıb.

Fərmanda deyilir,

“2. Müəyyən edilsin ki:

2.1. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (bundan sonra – Mərkəz) dünyada və regionda baş verən prosesləri təhlil edən, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparan, bu məsələlərə dair ölkəmizin mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılmasında iştirak edən, Azərbaycanın dövlət orqanlarını elmi-təhlili materiallarla təmin edən publik hüquqi şəxsdir.

Mərkəzə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət İdarə Heyəti həyata keçirir.”

Qeyd edək ki, bir qədər imzalanmış sərəncama görə, Mərkəzin İdarə Heyəti sədri Fərid Şəfiyev təyin edilib.

Son xəbərlər
Digər xəbərlər