6 C
Baku
Sunday, December 15, 2024

Prezident Dövlət Agentliyinin səlahiyyətini artırdı – FƏRMAN

Dövlət Mülki Aviasiya Agentliyi Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın Katibliyinin funksiyalarını həyata keçirəcək.

Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.

Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində fəaliyyət göstərən komissiyaların işində iştirak edəcək və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın Katibliyinin funksiyalarını həyata keçirəcək.

Prezident İlham Əliyevin imzaladığı digər fərmanla Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”yə də dəyişiklik edilib.

Fərmana əsasən, Nazirlik aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın fəaliyyətinin təşkili ilə bağlı zəruri tədbirlər görəcək.

Son xəbərlər
Digər xəbərlər