8 C
Baku
Friday, December 13, 2024

Prezident ƏDV ilə bağlı dəyişikliyi imzaladı

Prezident İlham Əliyev 30 iyul 2020-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edib.

Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əssən, siyahıya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu, Regional Su Meliorasiya Xidməti, eləcə də Dövlət İmtahan Mərkəzi, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti əlavə olunub.

Fərman 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər