“Ermənistan döyüş meydanında bizim qarşımızda dura bilmir”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Twitter-ində yazır.
Prezident qeyd edir ki, döyüşü uduzur və bizi dayandırmaq, mülki əhaliyə qarşı maksimum dərəcədə cinayət törətmək üçün çirkin əməllərə əl atır.
“Döyüş bölgəsinə yaxın olan şəhərlərimiz hər gün atəşə tutulur” deyə, ölkə prezidenti öz tvitində qeyd edib.
Əliyev həmin bölgələrdə yaşayan soydaşlarımız möhkəm dayandıqlarını vurğulayıb. “Onların bir sözü var ki, Vətən sağ olsun, torpaqlar tezliklə işğaldan azad edilsin. Onlar sona qədər o yerlərdə qalacaq və ordumuza mənəvi dəstək verəcəklər”.
O bölgələrdə yaşayan soydaşlarımız möhkəm dayanıblar. Onların bir sözü var ki, Vətən sağ olsun, torpaqlar tezliklə işğaldan azad edilsin. Onlar sona qədər o yerlərdə qalacaq və ordumuza mənəvi dəstək verəcəklər.
— İlham Əliyev (@azpresident) October 8, 2020