20 C
Baku
Monday, October 7, 2024

Prezident Hacıqabul və Salyanın başçılarını dəyişdirdi

Azərbaycan Prezidenti iki rayonun Hacıqabul və Salyan Rayon İcra Hakimiyyətinin başçılarını vəzifəsindən azad edib və onlar bir-birini əvəz edəcəklər.

Banker.az sərəncama istinadən xəbər verir ki, Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin və  Sevindik Hacağa oğlu Hətəmov Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad ediliblər.

Sevindik Hacağa oğlu Hətəmov Hacıqabul Rayon İcra Hakimiyyətinin və Rüstəm Gülabba oğlu Xəlilov isə Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

 

Son xəbərlər
Digər xəbərlər