12 C
Baku
Tuesday, November 19, 2024

Prezident İcbari tibbi sığorta fondu ilə bağlı fərman imzalayıb

İcbari tibbi sığorta fondunun builki büdcəsinin gəlirləri və xərcləri artırılıb.

Prezident İlham Əliyev bununla bağlı “İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2427 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmanla icbari tibbi sığorta fondunun 2024-cü il büdcəsinin gəlirləri və xərcləri 2 811 428 292,00 manatdan 2 850 308 292,00 manata qaldırılıb.

Son xəbərlər
Digər xəbərlər