Prezident İlham Əliyev Dünya İqtisadi Forumu çərçivəsində bir sıra görüşlər keçirib.
Prezident İlham Əliyev yanvarın 22-də Davosda “CISCO” şirkətinin vitse-prezidenti və satış rəhbəri xanım Gerri Elliott ilə görüşüb.
Banker.az Azərbaycan Prezidentinin mətbuat xidmətinə istinadla bildirir ki, Prezident həmçinin BP qrupunun baş icraçı direktoru Robert Dadli ilə də görüşü olub.
Görüşdə Azərbaycan ilə BP şirkəti arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, “Azəri-Çıraq-Günəşli”, “Şəfəq”, “Asiman”, “Abşeron” və digər yataqlar üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.
Həmçinin oxuya bilərsən: Davosda Dünya İqtisadi Forumu başlayır: Kimlər nəyi müzakirə edəcək?