6 C
Baku
Saturday, December 14, 2024

Prezident İlham Əliyev “Microsoft” şirkətinin vitse-prezıdenti ilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyevin Davosda “Microsoft” şirkətinin vitse-prezidenti, Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Mişel Van Der Bel ilə görüşü olub.

APA-nın xəbərinə görə, görüşdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işlərdən, qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan uğurlu addımlardan danışılıb. Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsinin prioritet istiqamətlərdən biri olduğu qeyd edildi və bu sahədə əldə olunan nailiyyətlərdən söhbət açılıb. “Microsoft” ilə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi və əməkdaşlığın perspektivləri müzakirə olunub.

Son xəbərlər
Digər xəbərlər