10 C
Baku
Thursday, December 12, 2024

Prezident ipoteka ilə bağlı dəyişikliyi imzaladı

İpotekaya xitam verilən hallar genişlənib.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İpoteka haqqında” Qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə ipotekaya xitam veriləcək.

Qeyd edək ki, hazırda ipotekaya aşağıdakı hallarda xitam verilir:

– ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə;

– əsas öhdəliyə xitam verildikdə;

– tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda;

– ipoteka predmeti məhv olduqda;

– bu Qanunla nəzərdə tutulmuş digər hallarda.

Bu Qanunda nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər