Baş prokuror Kamran Əliyevə I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
“Azərbaycan Respublikasının Baş prokuroru Kamran Bayram oğlu Əliyevə I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin”- deyə, 23 noyabr 2021-ci il tarixli sərəncamında deyilir.