6 C
Baku
Saturday, December 14, 2024

Prezident Maliyyə Nazirinin müavini və AMB sədr müavinini yeni vəzifəyə təyin etdi

Dövlət başçısı İlham Əliyev daha bir sərəncam imzalayaraq bir neçə şəxsi yeni adlandırılmış “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun (əvvəlki AİF) Himayəçilik Şurasının üzvləri təyin edib.

Banker.az xəbər verir ki, siyahı belədir:

Sevinc Həsənova – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Emin Hüseynov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini

İdris İsayev – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Vadim Xubanov – Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

Kamil Heydərov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin Monetar və fiskal siyasət məsələləri sektorunun müdiri.

Son xəbərlər
Digər xəbərlər