7 C
Baku
Sunday, December 15, 2024

Prezident müddətini 8 ildən 11 ilə qaldırılmasını təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliyi təsqidlədi.

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsində “8 il” sözləri “11 il” sözləri ilə əvəz edilib.

Həmin maddədə qeyd edilir ki, tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna dair Məcəllənin 11.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müddəa – Məcəllənin qüvvəyə mindiyi gündən 8 il sonra nəzərdə tutulurdu.

Son xəbərlər
Digər xəbərlər