Azərbaycan Prezidenti İlham Əliyev 10 oktyabr tarixində Mikayıl Cabbarova 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Banker.az bu barədə Prezidentin saytına istinadən xəbər verir.
“Azərbaycan Respublikasının vergilər naziri Mikayıl Çingiz oğlu Cabbarova 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilsin.” – deyə sərəncamda deyilir.
Qeyd edək ki, M. Cabbarov Azərbaycan Respublikasının Vergilər naziri kimi 5 dekabr 2017-ci il tarixindən Prezidentin sərəncamı ilə təyin edilib. O bu postu Fazil Məmmədovdan təhvil almışdı.
Vergi nazirindən öncə isə o, Azərbaycan Respublikası Təhsil Naziri vəzifəsində çalışırdı.