Azərbaycan Prezidenti İlham Əliyev Ramin Quluzadənin Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
“Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilsin” deyə sərəncamda deyilir.
O, 2017-ci il fevralın 13-də Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilmişdi.