7 C
Baku
Thursday, December 12, 2024

Prezident Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə yeni səlahiyyət verdi

Telekommunikasiya xidmətləri və radiotezliklərdən istifadə üzrə tariflərin müəyyən edilməsinə dair yeni prosedur müəyyənləşdirilib.

Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.

Telekommunikasiya xidmətləri üzrə tariflər Tarif (qiymət) Şurası, radiotezliklərdən istifadə üzrə tariflər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən ediləcək.

Bundan əvvəl Telekommunikasiya xidmətləri və radiotezliklərdən istifadə üzrə tariflər Tarif Şurası tərəfindən müəyyənləşdirilib.

Son xəbərlər
Digər xəbərlər