13 C
Baku
Tuesday, October 22, 2024

Prezident: Rusiyadan turist axını bu il 80% artıb

“Sizin səfəriniz ərəfəsində mən bəzi statistik məlumatlara baxmışam. Sevindim ki, aviareyslərin sayı sürətlə artır”.

Banker.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə geniş tərkibdə görüşdə bildirib.

“Həftədə 130-dan çox reys var, yəni, biz praktiki olaraq ən yüksək göstəriciyə nail olmuşuq və Rusiyadan turist axını da artır. Bu il təqribən 80 faiz artım olub. Əlbəttə, pandemiya ilə əlaqədar bu göstərici azalmışdı. Biz hələ pandemiyadan əvvəlki səviyyəyə çatmamışıq, lakin fikrimcə, çatacağıq. Ölkələrimiz arasında sıx dostluq əlaqələrini, bu il Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti barədə Bəyannamə imzalanmasını və il ərzində münasibətlərimizin müttəfiqlik xarakterini dəfələrlə nümayiş etdirməyimizi, iqtisadi-ticari əməkdaşlığın gündəliyini xeyli genişləndirmək niyyətində olmağımızı nəzərə alaraq, düşünürəm ki, reyslərin sayı da artacaq. Bilirəm ki, dünən regionlararası forum uğurla keçib. Bu da bizim ikitərəfli qarşılıqlı fəaliyyətimizin mühüm elementidir. Biz Rusiya Federasiyasının təqribən 80 subyekti ilə sıx əlaqə saxlayırıq. Əlbəttə, bu tədbir çərçivəsində əvvəlki illərdə də və əminəm ki, dünən də yeni vəzifələr müəyyən edilib. Ona görə də gündəlik yetərincə genişdir. Biz 7 yol xəritəsi üzrə fəal iş aparırıq.

Son xəbərlər
Digər xəbərlər