Azərbaycan Prezidenti İlham Əliyev bugünkü mətbuat konfransında “Reuters”in müxbirinin “SOCAR-ın Azərbaycan İnvestisiya Holdinqinə verilməsini özəlləşdirmə üçün ilkin mərhələ saymaq olar” sualına cavab verib.
O, bildirir ki, “Azərbaycanda dövlət şirkətlərində idarə etmə sistemi axsayır. Müasir tələblərə cavab vermir. Bu idarəetmə sistemi büdcədən pulların sağılması məqsədi ilə istifadə olunur. Demək olar ki, heç bir dövlət şirkətimiz özü-özünü təmin edə bilmir. Bəlkə, bir-ikisi istisna ola. Həmişə büdcədən dotasiyalara ehtiyacları var. Belə davam edə bilməz. O biri tərəfdən isə strateji infrastruktur dövlətin əlində qalmalıdır. Bu birmənalıdır. Əks halda biz ərazini bərpa edə bilməyəcəyik. Fərz etsək ki, bizim bütün dövlət şirkətləri bu gün korporativ idarəetmə üsulu ilə işləsəydilər, onlar indi bərpa layihələrinə pul qoymazdılar.
Ona görə də bu mərhələdə dövlət şirkətlərimizin korporativ idarəetməsini beynəlxalq normala çatdırmaqdır. Lazımı olan nəzarəti təmin etməkdir. Bunun üçün məşvərət şuraları yaranıb. Orada administrasiya, nazirliklərin və hökumət nümayəndələri təmsil olunur ki, nəzarətsizlik olmasın”.
Prezident onu da qeyd edir ki, dövlət şirkətləri bu gün əsasən dövlətin boynunda olan böyük bir yükdür:
“Hətta Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) də – hansı ki az öncə adını sadaladınız – Azərbaycanın ən böyük vergi ödəyicisidir. O da bu yaxınlara qədər qazlaşdırma üçün dotasiya alırdı. Bu belə olmaz. Başqalarını demirəm. Bir neçə istisnalar var bəlkədə, amma əksəriyyəti səmərəsizdir, buna son qoymaq lazımdır – rəhbərliyin möhkəmlənməsi, həm də idarəetmənin təkminləşdirilməsi baxımından.
Kim yeni qaydalarla düzgün, dürüst, şəffaf işləmək istəməsə, məsuliyyətə cəlb olunacaq. Dövlət şirkətlərinin özəlləşdirilməsinə gəldikdə isə ən azından bu il bu dəqiq olmayacaq”.