10 C
Baku
Thursday, December 12, 2024

“Prezident təyin etdiyi vəzifəli şəxslərə yaş həddi şamil edilmir”

Azərbaycan Prezidenti tərəfindən vergi orqanlarına təyin edilən vəzifəli şəxslərə xidmətdə olması üçün son [65 yaş -red.] yaş həddi şamil edilmir.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinini iclasında deyib.

Onun sözlərinə görə, bu, digər dövlət qulluğunda işləyənlər üçün də belədir: “Prezident tərəfindən təyin edilən vəzifəli şəxslərin istər 65 yaşı olsun, istər 70 yaşı qanunun müvafiq maddəsi ona aid edilmir”.

Qeyd edək ki, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə əlavə olunan yeni maddəyə əsasən, vergi orqanlarının vəzifəli şəxslərinin xidmətdə olmasının yaş həddi 65 yaşdır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər