Mikayıl Cabbarova 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsinin verilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Bu barədə Banker.az Prezidentin rəsmi səhifəsinə istinad edir.
“Azərbaycan Respublikasının vergilər naziri Mikayıl Çingiz oğlu Cabbarova 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilsin” – deyə, sərəncamda deyilir.
Qeyd edək ki, Cabbarov, 2017-ci ilin dekabrında Prezidentin sərəncamı ilə vergi naziri təyin olunub. O buna qədər təhsil naziri kimi çalışırdı.