2 C
Baku
Saturday, December 14, 2024

Prezident viza prosedurlarını sadələşdirdi – SƏRƏNCAM

Azərbaycan prezidenti İlham Əliyev Ümumdünya Şahmat Olimpiadasının təşkili və keçirilməsi ilə bağlı Azərbaycana gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb.

Banker.azın Oxu.az istinadən verdiyi xəbərə görə, Bakı şəhərində keçiriləcək Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycanın beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin rəsmi dəvət məktubu, habelə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd viza verilməsi üçün əsas hesab edilir. Bu sənədlərdən birinə malik olan şəxslər viza almaq üçün 2016-cı il avqustun 20-dən sentyabrın 20-dək müraciət edə bilərlər.

Maliyyə Nazirliyi və Xarici İşlər Nazirliyinə Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar Azərbaycana gələcək şəxslərə Azərbaycanın beynəlxalq hava limanlarında viza verilməsi işinin təşkili ilə bağlı maddi-texniki təminat və maliyyə məsələlərini həll etmək, Xarici İşlər Nazirliyinə Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar Azərbaycana gələcək şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Beynəlxalq Şahmat Federasiyasına (FİDE), Beynəlxalq Mülki Aviasiya Təşkilatına (İCAO), Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (İATA) və xarici ölkələrin müvafiq orqanlarına məlumat vermək, Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar Azərbaycan Respublikasına gələcək şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumatın nazirliyin, habelə Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etmək tapşırılıb.

Dövlət Miqrasiya Xidməti isə Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərinə Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar Azərbaycana gələcək şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verməlidir.

Son xəbərlər
Digər xəbərlər