3 C
Baku
Saturday, December 14, 2024

Prezident XİN müavini Xələf Xələfova yeni vəzifə verdi

Prezident İlham Əliyev Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Banker.az-ın məlumatına görə, sərəncamda bildirilib ki, 2018-ci il avqustun 12-də Aktau şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb və Beşinci Xəzər Zirvə Toplantısının Kommünikesi qəbul edilib. Bu sənədlərə əsasən, Xəzəryanı dövlətlərin dövlət başçıları Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın səmərəli yerinə yetirilməsi məqsədilə Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələrindən ibarət müntəzəm beştərəfli məsləhətləşmə mexanizminin yaradılması barədə qərar qəbul ediblər. Həmin qərara uyğun olaraq, Xəzəryanı dövlətlərin xarici işlər nazirləri Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrup yaradıblar.

Sərəncamla Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Alı oğlu Xələfov Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi təyin edilib.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək, Xarici İşlər Nazirliyinə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Alı oğlu Xələfovun bu sərəncamın 1-ci hissəsində göstərilən Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi təyin edildiyi barədə Xəzəryanı dövlətlərə bildiriş göndərmək tapşırılıb.

Son xəbərlər
Digər xəbərlər