7 C
Baku
Sunday, December 15, 2024

Prezident yol vergisinin tutulmasına dair məcəllədəki dəyişikliyi təsdiqlədi

Azərrbaycan Prezidenti 18 dekabr 2020-ci ildə Milli Məclis tərəfindən Vergi Məcəlləsinə dair qəbul edilən qanun layihəsini təsdiqlədi.

Qanunda deyilir,

Maddə 1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 212.1-ci maddəsi (Yol vergisinin tutulması) aşağıdakı redaksiyada verilsin:

“212.1. Bu Məcəllənin 211.1.1-ci maddəsində nəzərdə tutulmuş yol vergisi xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman gömrük sərhəd buraxılış məntəqələrində və ya gömrük rəsmiləşdirilməsi yerlərində, Azərbaycan Respublikasının gömrük ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda isə gömrük sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən tutulur və 1 (bir) bank günü ərzində dövlət büdcəsinə köçürülür.”.

Maddə 2. Bu Qanun dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.


Bundan əvvəl:

212.1. Xarici dövlətlərin avtonəqliyyat vasitələrindən bu Məcəllənin 211.1.-ci maddəsində müəyyən edilmiş vergini həmin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman və bu Məcəllənin 211.1.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisini tərk edərkən yol vergisinə cəlb olunmalı hallarda gömrük orqanları tuturlar və bir bank günü ərzində dövlət büdcəsinə keçirirlər.

Son xəbərlər
Digər xəbərlər