“Ermənistan hökumətinə və Ermənistan xalqına açıq şəkildə mesaj ünvanlamışam ki, azad edilmiş əraziləri geri götürmək cəhdlərini dayandırmalıdırlar”.
Bu barədə Azərbaycan prezidenti İlham Əliyev öz Twitter-ində yazıb.
“Bu, yalnız yeni qurbanlara səbəb olacaq və qan tökülməsinə gətirib çıxaracaq”- deyə o bildirir.
Ermənistan hökumətinə və Ermənistan xalqına açıq şəkildə mesaj ünvanlamışam ki, azad edilmiş əraziləri geri götürmək cəhdlərini dayandırmalıdırlar. Bu, yalnız yeni qurbanlara səbəb olacaq və qan tökülməsinə gətirib çıxaracaq.
— İlham Əliyev (@azpresident) October 15, 2020
Prezidentin çıxışından xatırlatma:
“Deyirdi ki, biz kriminal “Dağlıq Qarabağ respublikası”nın quldur başçısı ilə danışıqlar aparmalıyıq. Heç vaxt biz buna razı ola bilmərik və heç vaxt bu olmayacağıq. Ona görə dünən və srağagün baş vermiş müstəvidə hadisələr onu göstərir ki, Ermənistan rəhbərliyi, nəhayət, başından böyük zərbə alandan sonra dərk etməyə başladı ki, ancaq bizim şərtlərlə o, oturub-duracaq. Biz nə desək, o da olacaq. Şans veririk ki, danışıqlar yolu ilə, sülh yolu ilə torpağımızdan çıxsın. Onsuz da biz bu torpaqlara qayıdacağıq. Onsuz da biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bütün dünya bunu gördü. O cümlədən Ermənistan bunu gördü. Biz istəyirik ki, qan tökülməsin. Biz istəyirik ki, şəhidlər olmasın. Biz öz torpağımızı istəyirik”