Azərbaycan Respublikası Energetika Nazirliyinin struktur dəyişikliyi ilə yanaşı, şöbə müdri vəzifəsindən ayrılıb.
Bu barədə Banker.az saytının əldə etdiyi məlumatında deyilir.
Məlumata əsasən, Enerji səmərəliliyi və ekologiya şöbəsinin adı dəyişdirlərək Elektroenergetika və Enerji səmərəliliyi şöbəsi olub. Hazırda bu şöbəyə rəhbərliyi Həsənov Ələsgər edir hansı ki, ötən ilin fevralında nazirliyi bu vəzifə üçün təşrif buyurub.
Digər məlumata əsasən isə, Beynəlxalq əməkdaşlıq şöbəsi ( Bu vızifəni vaxtı ilə Beynəlxalq şöbənin müdiri vəzifəsi isə Esmira Cəfərovaya icra edirdi) ilə yanaşı Neft-Qaz şöbəsi müdirsiz qalıb. Belə ki, Həşimov Elxan Abdulla oğlu vəzifəsini tərk edib. E.Həşimov 2019-cu ilin sentyabrında Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilmişdi.
Azərbaycan neftçisi Həşimov Energetika Nazirliyində 2017-ci ilin noyabr ayından bu vəzifəni icra edirdi.
Hazırda EN-nin strukturuna 11 şöbə və 4 sektor daxildir.