Prezidentin general-mayor rütbəsi verdiyi şəxslər kimlərdir?

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Daxili İşlər Nazirliyinin (DİN) aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilib:

General-mayor rütbəsi verilən polis polkovniki Canpolad Alı oğlu Daanov. Hazırda DİN Polis Akademiyası rəisi vəzifəsində çalışır.

General-mayor rütbəsi verilən digər şəxs polis polkovniki Namiq Zirəddin oğlu Həsənov. DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin rəisi vəzifəsində çalışır.

General-mayor rütbəsi verilən polis polkovniki Vüqar Hidayət oğlu Ələkbərov. Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsində çalışır.

General-mayor rütbəsi verilən polis polkovniki polis polkovniki Sərdar Süleyman oğlu Səfərov. Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsində çalışır.

MənbəTrend
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər