15 C
Baku
Friday, April 26, 2024

Prezidentin köməkçisi: “İqtisadi artımımız dünya üzrə orta proqnozdan iki dəfə çoxdur”

“Azərbaycanda iqtisadi artımın indiki səviyyəsi (illik 6.2%) bu il üçün dünya üzrə orta artım proqnozunu iki dəfə üstələyir”.

Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov bildirib.

“Beynəlxalq valyuta Fondu (IMF), Dünya Bankı (WB), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı dünyada iqtisadi artımın yavaşlaması barədə proqnozlar verdiyi halda, Azərbaycanda bu ilin ilk 6 ayında iqtisadi artım sürətlənərək 6.2%-ə çatıb. Deməli, Azərbaycan dünya iqtisadiyyatında xüsusi çəkisini artırır. Ölkəmizdə iqtisadi artım daha çox innovasiyayönümlü olub, əsasən qeyri-neft sənayesi, nəqliyyat və informasiya, habelə rabitə xidmətləri sahələrini əhatə edib.

Azərbaycanda sənayeləşmə və rəqəmsallaşma orta dünya göstəricisini 2-3 dəfə üstələyir. IV sənaye inqilabının əhatə etdiyi bio, fiziki və rəqəmsal texnologiyaların tətbiqinin genişlənməsi, insan kapitalının güclənməsi, idarəetmənin səmərəliliyinin yüksəlməsi, eyni zamanda bu ilin ilk 6 ayında qeyri-neft sektorunda əsas kapitala yönəldilmiş vəsaitlərin 18.5% artması iqtisadi artımı şərtləndirən amillərdir”, – o deyib.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər