2 C
Baku
Saturday, December 14, 2024

Natiq Əmirov

Qisa informasiya

Azərbaycan Prezidentinin köməkçisi, Prezident administrasiyasının iqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri

1967-ci ildə anadan olmuşdur. 1990-cı ildə N.A.Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutu, iqtisadçı ixtisası, 1998-ci ildə isə Elmi-Təhsil Mərkəzi Təfəkkür Universiteti, hüquqşünas ixtisası

1990-1991-ci illərdə Sumqayıt şəhəri Maliyyə Şöbəsində böyük büdcə iqtisadçısı

1991-1993-cü illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyinin Vətəndaşların vergiyə cəlb edilməsi şöbəsində böyük dövlət vergi müfəttişi

1993-1994-cü illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyinin Dövlət müəssisələrinin, təşkilatların və birliklərin mənfəətinin (gəlirlərinin) vergiyə cəlb edilməsi və sair gəlirlər şöbəsində dövlət vergi müfəttişi

1994-1997-ci illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyində Qeyri-dövlət müəssisələrində vergi qanunvericiliyinə və dövlət qiymət intizamına nəzarət şöbəsinin rəisi

1997-2000-ci illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyində rəis müavini

2000-2001-ci illərdə Bakı şəhəri Səbail Rayonu Vergilər İdarəsinin rəis müavini

2001-2003-cü illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyi İri vergi ödəyiciləri ilə iş üzrə departamentin rəis müavini

2003-2005-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyi İqtisadi təhlil və uçotun təşkili idarəsinin rəisi

2005-2009-cu illərdə Azərbaycan Respublikası Vergilər nazirinin müavini

2009-2016-cı illərdə isə Azərbaycan Respublikası Vergilər nazirinin birinci müavini

25 yanvar 2016-cı il – 30 may 2017-ci il – Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi

30 may 2017-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi – şöbə müdiri təyin edilmişdir.

Evlidir, 3 övladı var.

 

Aid xəbərlər və məqalələr

Əsas xəbərlər