18 C
Baku
Wednesday, May 8, 2024

Prezidentin yeni təyin etdiyi 36 yaşlı nazir müavini kimdir?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 09.12.2022-ci il tarixli Sərəncamı ilə Qurbanov Aqil Səlim oğlu müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub.

Yeni təyin olunan Aqil Qurbanov kimdir?

Aqil Qurbanov 15 avqust 1986-cı ildə anadan olub. 2004-2008-ci illərdə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb.
2012-2014-cü illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (London School of Economics and Political Science) təhsil alıb. Aqil Qurbanov Londonda təhsil aldığı müddətdə “Azerfon” (“NarMobile”) şirkətində və “Paşa Holdinq”də çalışıb. 2015-2019-cu illərdə “Paşa Holdinq”də investisiyalar üzrə mütəxəssis olub. 2019-cu ilin may ayında “Paşa İnvestments” şirkətində direktor olub. Həmin ilin noyabr ayında “Sumqayıt Texnologiyalar Parkı”ın Müşahidə Şurasının sədri təyin edilib.
Son xəbərlər
 ⁠
Digər xəbərlər