“Prior Kredit BOKT”un maliyyə vəziyyəti açıqlandı

“Prior Kredit BOKT” ASC 2025-ci ili 135 052 manat xalis mənfəətlə başa vurub ki, bu da 2024-cü ilin müvafiq dövrü (117 195 manat) ilə müqayisədə 15.2% artım deməkdir.

Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il şirkətin faiz gəlirləri 33% artaraq 598 967 manatdan 796 326 manata çatıb.BOKT-un faiz xərcləri ötən illə müqayisədə 3.5 dəfə artaraq 26 039 manatdan 91 980 manata yüksəlib.

Hesabat dövründə “Prior Kredit BOKT” ASC-nin cəmi aktivləri 4 milyon 245 min manat olub ki, bu da illik müqayisədə 9.3% artım deməkdir. Şirkətin müştərilərə verdiyi kreditlərin həcmi (kredit portfeli) 8.6% artım nümayiş etdirib və 3 milyon 988 min manata çatıb.

Xatırladaq ki, “Prior Kredit Bank Olmayan Kredit Təşkilatı” ASC 4 may 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Cəmiyyətin əsas fəaliyyəti Azərbaycanda mikro, kiçik və orta biznes nümayəndələrinə və fiziki şəxslərə kreditlərin verilməsi və maliyyə xidmətlərinin göstərilməsidir. Təşkilatın səhmdarı “Prior Leasing” ASC-dir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər