27 C
Baku
Wednesday, April 24, 2024

“Pro Kredit” BOKT ASC-nin təmin edilməmiş istiqrazlarının emissiya prospekti qeydə alınıb

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Pro Kredit” BOKT ASC-nin faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının emissiya prospektini qeydə alıb.

Bakı Fond Birjasından AZƏRTAC-a bildiriblər ki, emissiyanın məbləği 400 min manat, yerləşdiriləcək istiqrazların sayı 400 ədəd, bir istiqrazın nominal dəyəri min manat, tədavül müddəti 730 gün, faiz dərəcəsi 12 faizdir. “Çelsi Kapital” MMC anderrayter vəzifəsində çıxış edir.

İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik təşkilata müraciət edə bilərlər.

“Pro Kredit” BOKT ASC-nin istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az ) “Emitentlər” bölməsində yerləşdirilib. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası QSC-də həyata keçiriləcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər