Problemə deyil, onun həllinə diqqət yetirin
Alimlər sübut etmişlər ki, insan problemdə ilişib qalıbsa beyin onun həllini tapa bilmir. Bu ona görə baş verir ki, insan bütün diqqətini problemə yönəltdikdə onda mənfi emosiyalar və düşüncələr formalaşır. Məsələ onda deyil ki, siz çətinliyi rədd etməlisiniz. Lakin çalışın ki, problemin həllinə digər bir prizmadan baxmağı bacarasınız.
Obyektiv olun
Bütün mümkün həlləri nəzərdən keçirin, hətta ilk baxışdan sizə gülməli görünənləri belə. Yaradıcı düşüncəyə sahib olmaq üçün heç bir düşüncədən ani olaraq vaz keçmək lazım deyil. Reklam sənayesində 10 ildən işləyən insanlar əminliklə bildirirlər ki, “istənilən ideya mükəmməldir”.
Problemi qərəzsiz olaraq həll edin
Problem – həll etməli olduğunuz tapşırıqdır. Bu hazırda nəyinsə qaydasında getmədiyinin əlamətidir. Bu səbəbdən də, bu tapşırığı qərəzsiz, onu qiymətləndirmədən həll etməyə çalışın.
Mücərrəd düşünün
Mücərrəd düçüncə tərzinin köməkliyi ilə öz fikirlərinizin istiqamətini dəyişin. Diqqətinizi bu cümləyə yönəldin: “Daim eyni quyunu qazmaqla, başqa yerdə quyu qaza bilməyəcəksiniz”. Qaydalara əsasən, yeni baxış tərzi original qərarlar qəbul etməyinizə kömək edəcək.
Hər şeyi sadələşdirin
Hər şeyi çətinləşdirmək, çətinə salmaq insana xas xüsusiyyətdir. Öz probleminizi sadələşdirməyə cəhd edin. Detalları bir kənara qoyun və ən başlıca məsələyə geri dönün.
Bir çox hallarda ən məhsuldar ideyalar ən sadə olan ideyalardır.