1 fevral tarixində Azərbaycanda problemli kreditlər 1 030,9 mln manata çatıb.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, son bir ay ərzində vaxtı keçmiş kreditlər 54.6 mln manat və yaxud 5.6% artıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə vaxtı keçmiş kreditlərdə 215.8 mln manat yəni, 26.5% artım olub.