Problemli kreditlər üzrə ekspert
Tələblər:
- Təhsil: ali (ali iqtisad təhsilli və ya ali hüquq təhsilli);
- Problemli kreditlər sahəsində iş təcrübəsi – 1 ildən artıq;
- Tələbkar, obyektiv, məsuliyyətli, aktiv və çevik olmalı;
- Gərgin iş şəraitində və komandada işləmək bacarığı;
- MS Office (Word, Excel) proqramlarını bilməli;
- Yaş həddi: 22-35.
Ümumi vəzifə öhdəlikləri:
- Problemli kredit portfellərinə nəzarət edilməsi;
- Hər bir gecikmə üzrə müştərilərlə əlaqə yaradılması;
- Gecikmə səbəblərinin araşdırılması və problemin aradan qaldırılması üçün kompleks tədbirlərin görülməsi;
- Öz öhdəliklərini yerinə yetirməyən müştərilərin ödəniş etmələri məqsədilə müştərinin zamini və ya ailə üzvləri ilə görüşlər təşkil etmək, məhkəməyə qədər müştərini krediti ödəməyə razılaşdırmaq üçün bütün qanuni imkanlardan istifadə etmək;
- Kredit ödənişlərinin həyata keçirilməsinin təmini.
İş şərtləri:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş vaxtı: həftənin 6 günü, saat 10:00-dan 19:00-dək;
- Əmək haqqı müsahibə əsasında:
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Problemli kreditlər üzrə ekspert” şəklində göstərməklə [email protected] elektron ünvanına göndərə bilərsiniz.