12 C
Baku
Tuesday, May 7, 2024

Professor unutqanlığı…

Kibernetikanın yaradıcısı hesab edilən Norbert Viner həddindən artıq yüksək səviyyədə olan unutqanlığı ilə məşhur idi. Onun ailəsi yeni mənzilə köçdükdə həyat yoldaşı yeni ünvanı kiçik bir kağız parçasına yazaraq alimin pul qabısının içərisinə qoyur. Norbert Vinerin həyat yoldaşı yaxşı bilirdi ki, əri başqa cür evin yolunu tapa bilməyəcək.

Bununla belə, elə ilk gündən alim işdə olarkən ağlına növbəti dahi ideya gəlir. Alim yaxşı bilirdi ki, dərhal bu ideyanı harasa qeyd etməsə tezliklə unudacaq. Bu səbəbdən də o pulqabısını açır, üzərində yeni ünvanının olduğu kağızı çıxarır və yeni ideyasını bu kağız parçasının digər tərəfinə qeyd edir. Kağızın üzərində bir neçə düstür yazan alim ideyasının yanlış olduğunu anlayır və kağızı əzərək zibil qutusuna atır. Axşam, iş vaxtı başa çatdıqda alim əvvəllər olduğu kimi köhnə yaşadıqları evə yollanır.

Əvvəlki evdə artıq heç kimin yaşamadığını dərk edən alim böyük kədər içərisində küçəyə çıxır… Bu zaman o yaxınlıqda dayanan kiçik qıza yaxınlaşır və deyir: “Bağışlayın, ola bilsin siz məni tanıyırsınız. Mən professor Vinerəm və mənim ailəm bu yaxınlarda bu evdən köçdü. Bəs bilmirsiniz, məhz hara köçüblər?”.

Qız ona diqqətlə qulaq asdıqdan sonra cavab verir: “Həə ata, ana elə belə də düşünürdü ki, sən yeni ünvanımızı yaddan çıxaracaqsan…”

Son xəbərlər
 ⁠
Digər xəbərlər