Mən tibbi psixoloq və psixoterapevtəm. Prokrastinasiya mövzusuna dair məqalə hazırlamışam.
Müştərilərlə işlədiyim zaman tez-tez prokrastinasiya hekayəsi ilə üzləşmiş oluram. Bu problem həm iş adamları, həm də tələbələr arasında geniş yayılıb. Nə yalan deyim, mən özüm də tez-tez prokrastinasiyadan əziyyət çəkən insanlardan biriyəm.
Bəlkə siz də prokrastinasiya etdiyinizi boynunuza alırsınız. İngilis dilində prokrastinasiya – “sonraya saxlamaq” deməkdir. Məişətdə prokrastinasiya fenomeni ümumiləşdirilib. Eynilə “normal” və “rahat” sözləri kimi. Bu sözlər fenomenin mahiyyətindən bəhs etmirlər. Tanış insanların çoxu bilirlər – dolayı cinayət işlər üzrə tədqiqat aparmağı çox xoşlayıram. Bu yaxınlarda bir konfransda iştirak etmişdim. Orada məşhur qatilin işini aparan psixiatr ilə ünsiyyət qurdum (deyilənə görə, bu qatilin etdikləri insanları dəhşətə gətirir). Mənə həmişə maraqlı idi: niyə bu insanlar qatil olurlar? Mən elmi rəhbərlərlə birlikdə bu mövzu ilə bağlı müxtəlif fərziyyələr irəli sürmüşdüm. Əlbəttə ki, ünsiyyət etdiyim psixiatrdan da bu sualı soruşdum. O dedi ki, bu insanlar adətən homisidomaniyadan (qatilliklərə meyllilik) əziyyət çəkirlər. Mən şok oldum.
Məsələ ondandır ki, homisidomaniya – insanları öldürməyə meyllikdir. Bu, cinayətlərin səbəbidir. Əslində, bu cavab bizə heç nə vermir. İnsan öldürmək istəyir? İstəyir. Özünü saxlaya bilmir? Bilmir. Onda bu homisidomaniyadır. Belə bir şey. Nəzərinizə çatdırım ki, bu xəstəliyi daha dərindən öyrənmək istədiyiniz halda, müxtəlif növ fərziyyələrə rast gəlmiş olacaqsınız, onların çox hissəsi isə yanlış olacaqdır.
Prokrastinasiya da eyni operadandır. Onun arxasında çox şey dayana bilər: istirahət etmək istəyindən tutmuş, məğlubiyyət qarşısında qorxuya qədər. Yəni, bu fenomen tamamilə abstrakt xarakter kəsb edir.
Bəzən elə olur ki, adətən zövq aldığınız işlə məşğul olduğunuz zaman başa düşürsünüz ki, əvvəlki kimi zövq ala bilmirsiniz. Məsələn, video/serial izləyirsiniz, sosial şəbəkədə vaxt keçirirsiniz, kompüter oyunlarını oynayırsınız və s. Məqalənin başlanğıc hissəsinə müraciət edin və prokrastinasiya anlayışı ilə yenidən tanış olun.
Prokrastinasiya anlayışı, kompulsiyalar kimi də nəzərdən keçirilə bilər. Bəs onlar bizə nə üçün lazımdır?
Kompulsiyalar anankast adlanan şəxsin növü ilə bağlıdır. Anankast (və ya obsessiv-kompulsiv) şəxsiyyət pozğunluğu, özünə qarşı güvənsizlik, xırdaçılığa getmək, detallara həddindən artıq çox diqqət etmək, inadkarlıq və ehtiyatlılıq ilə xarakterizə olunur. Bəzi hallarda gözlənilməz fikirlər və ya hərəkətlər müşahidə oluna bilər.
Əgər siz də özünüzdə sadalanmış simptomları aşkar edə bildinizsə, qorxmayın. Mənim digər iş yoldaşım, mənə Joseph Sandler adlı ingilis mənşəli psixoanalitikin kitablarını oxumağı tövsiyə etdi. Onun fikrincə, adətən bu davranış sabitliyi qorumağa yönəldilir. Bəs bu pozuntular kimdə daha tez-tez rast gəlinir? İlk növbədə uşaqlıqda tez-tez yaşayış yerini dəyişən və yaxınlarını itirən insanlarda. Başqa sözlə desək, bu insanların ətrafında bir çox hadisələr baş verib, buna görə də onlar öz davranışı ilə vəziyyəti az da olsa sabit saxlamağa çalışırlar.
Müasir dövrdə bu tip insanların sayı olduqca çoxdur. Biz daima özümüzü kimsə ilə müqayisə edirik: sosial şəbəkələr vasitəsilə, işdə, reytinq cədvəllərində və digər bu kimi faktorlar ətraf mühitin sabitliyini təhlükə altına atmış olur. Bəlkə mən o qədərdə yaxşı biri deyiləm? Bəlkə məni işdən çıxaracaqlar? Birdən mənə işdən mesaj yazarlar, mən isə vaxtında cavab verə bilməyəcəyəm? Bu kimi suallar müasir dövrdə demək olar ki, hər bir insanın ağlına gəlir. Nəzərə almalıyıq ki, həyatın ritmi getdikcə daha da sürətlənir. Bəzən müxtəlif şirkətlərin işçiləri 24/7 xəttə olmağa məcburdurlar. Etməli olduğumuz, dadına baxmaq istədiyimiz şeylər olduqca çox, vaxtımız isə olduqca azdır.
Bu dəyişən dünyada bizə sabitlik hissini bəxş edən rituallara ehtiyac var. Onlar bizi sakitləşdirirlər, bəzən prokrastinasiyaya keçirlər. Prokrastinasiya bizə sabitlik və sakitlik hisslərini bəxş edir, müasir həyatın tempini nəzərə alsaq başa düşərik ki, buna həqiqətən də ehtiyacımız var.
Məqalədə prokrastinasiyanın yalnız bir variantı nəzərdən keçirilib, hansındakı ön planda narahatlıq durur. Qeyd edim ki, prokrastinasiyanın arxasında çox şey dayana bilər.
Tesizli:
- Prokrastinasiya – qeyri-müəyyən termindir, onun arxasında istənilən bir şey gizlənə bilər.
- Prokrastinasiya ilə işləməyi öyrənmək lazımdır, özünüzü dinləyin: istirahət etmək istəyirsiniz, etdiyiniz şeydə bir məna görmürsünüz, bu iş gözünüzdə çox mürəkkəb görünür və s. Variant çoxdur.
- Hər dəfə özünüzə sual verməli olacaqsınız: “niyə mən bu işə başlaya bilmirəm?”. Öz davranışınızı və ehtiyaclarınızı öyrənməyə çalışın, sual verin. Bu, bir çox problemin həllidir.