8 C
Baku
Thursday, December 12, 2024

Vaqif Xaçatryana 15 il həbs cəzası verildi

16:01

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilir.

Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

İş üzrə dövlət ittihamçısı, Baş prokurorun köməkçisi Müqəddəs Sultanovun çıxış edərək Vaqif Xaçatryanın 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror çıxışında Vaqif Xaçatryanın cəzasının həbsxana rejimində çəkməsini və cəzası başa çatandan sonra Azərbaycan Respublikasının hüdudlarından çıxarılmasını istəyib.

***

11:06

Prokurorun çıxışında Meşəli soyqırımını törətməkdə təqsirləndirilənlən Vaqif Xaçatryana 15 il cəza istəməsinin səbəbi izah edilib.

 

Onun ittiham olunduğu soyqırımı, sülh və müharibə əleyhinə olan cinayətlərlə bağlı cəzanın ən yuxarı həddi məhz ömürlük azadlıqdan məhrumetmə cəzasıdır. Lakin Azərbaycan Respublikasının qanunvericiliyi 65 yaşı keçən şəxslərə ömürlük həddə azadlıqdan məhrumetmə cəzası verilməsini qadağan edir. Vaqif Xaçatryanın da yaşının 65-i keçməsi səbəbindən ona ömürlük cəza verilməsi mümkün deyil.

Azərbaycan qanunvericiliyinə əsasən, 65 yaşdan yuxarı şəxslərə ittiham olunduqları ağır cinayətlərə görə 20 il azadlıqdan məhrumetmə cəzası ən yuxarı hədd sayılır.

Lakin Vaqif Xaçatryan bu əməlləri 1991-ci ildə törədib. Azərbaycanın 2014-cü ilə qədər qüvvədə olmuş qanunvericiliyinə əsasən, sülh və müharibə əlehinə olan cinayətlərə görə sanksiya həddi 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası olub.

Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara da əsasən, şəxs hadisəni törətdiyi vaxta uyğun olan qanunvericiliyə görə cəzalanmalıdır. Yəni Vaqif Xaçatryanın hazırkı qanunvericilikdə olan sanksiya həddində deyil, əməlin törədildiyi vaxtda mövcud olan qanunvericiliyə əsasən cəzalanması hüquqi baxımdan tələblərə uyğundur.

Bu səbəbdən prokuror çıxışında Meşəli hadisələrində təqsirli bilinən şəxsə qanunvericiliyə əsasən, ittiham olunduğu maddələr üzrə ən yuxarı həddə – 15 il azadlıqdan məhrumetmə cəzası istəyib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər