6 C
Baku
Sunday, December 15, 2024

Prokurorluq: Gecə klubunda partlayışla bağlı istintaq davam edir  

Baş Prokurorluq Səbail rayonu ərazisində gecə klubunda baş verən partlayışda xəsarət alan şəxslərdən daha birinin ölməsi faktına münasibət bildirib.

Qurumun mətbuat xidmətindən bildirilib ki, aprelin 3-də gecə klubunda baş verən partlayış nəticəsində xəsarət alanlardan biri – 2001-ci il təvəllüdlü Abdullayev Gülbala Etiqad oğlu xəstəxanada ölüb. Hazırda həmin cinayət işi üzrə istintaq davam edir.

Qeyd edək ki, aprelin 3-də gecə klubunda baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 36 nəfər yaralanıb. Bundan başqa, 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyib.

Başlanmış cinayət işi ilə bağlı 3 nəfər həbs edilib.

 

 

Son xəbərlər
Digər xəbərlər