2018-ci ildə Azərbaycanda orta aylıq əmək haqqı 549,7 manata çatacaq.
Banker.az bu barədə Maliyyə Nazirliyinin büdcə materiallarına istiunadən xəbər verir.
Nazirliyin məlumatına görə, 2018-ci ildə orta aylıq əmək haqqının real artımı 0,5% təşkil edəcək.
Hökumətin proqnozlarına əsasən, 2019-2021-ci illərdə orta aylıq əmək haqqının artım tendensiyası qorunacaq. Xüsusilə, 2019-cu ildə Azərbaycanda orta aylıq əmək haqqı 562,6 manata, 2020-ci ildə – 575 manata, 2021-ci ildə – 585,5 manata çatacaq.