1 C
Baku
Saturday, December 14, 2024

PROQNOZ: Azərbaycanlı istehsalçılar rublun ucuzlaşmasından qazanacaqlar

Son 1 həftə ərzində Rusiyanın milli valyutası – rubl təxminən 10% dəyərdən düşüb.

Bu, rublun məzənnəsi ilə bağlı 2016-cı ildən bəri ən pis vəziyyətdir.

Rus pulunun ucuzlaşması aşağıdakı səbəblərlə izah oluna bilər:

– ABŞ hökumətinin Suriya ətrafında yaranmış gərginlik fonunda Rusiyadan olan rəsmi şəxslərə və sahibkarlara sanksiya tətbiq etməsi, 20-dən çox ölkədən rus diplomatlarının çıxarılması və gələcəkdə də rəsmi Moskvaya qarşı addımların atılması ehtimalı rubla inamı azaldır.

– Son vaxtlar xarici investorların Rusiya şirkətlərinin səhmlərinə marağı azalıb. Qiymətli kağızlardan imtina ölkədən kapital axınını stimullaşdırır ki, bu da Rusiyanın milli valyutasına təzyiq yaradır.

65a5d17f 836e 4fbd 80f9 a31490575e14

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin dəyəri təxminən 2 mlrd. ABŞ dollarıdır. Qonşu ölkədən Azərbaycana əsasən yarımfabrikat sənaye məhsulları, maşınlar, avandanlıqlar, nəqliyyat vasitələri və xammal sayılan ərzaq məhsulları idxal olunub. Rublun ucuzlaşması bu malların idxal həcmini artıra bilər ki, bu da yerli istehsalçıların işinə yaraya, Azərbaycan istehsalı olan sənaye məhsullarının maya dəyərin aşağı sala, istehsalı stimullaşdira bilər.

Azərbaycanın isə Rusiyaya ixracının 30%-ni ərzaq və kənd təsərrüfatı məhsulları təşkil edir. Qonşu ölkənin milli valyutasının dəyərdən düşməsi ixracın həcminin azalacağı fikri yaratsa da, vəziyyət başqa cür də ola bilər. Məsələ ondadır ki, Avropa İttifaqı və Rusiya arasında qarşılıqlı sanksiyalar Avropadan Rusiyaya ixracı azalda bilər, son nəticədə isə yaranacaq boşluğu Azərbaycan məhsulları doldura bilər.

Narahatlıq doğuran məsələ isə odur ki, Rusiyada dolların bahalaşması bu ölkədə yaşayan və işləyən Azərbaycan vətəndaşlarının gəlirlərini azaldacaq və onlar vətənə əvvəlki vaxtlarla müqayisədə bir qədər az pul göndərəcəklər.


©Report

Son xəbərlər
Digər xəbərlər