12 C
Baku
Thursday, March 28, 2024

Proqnoz: “Brent” markalı neftin qiyməti 50 dollar/barelə düşəcək

Dünya bazarında “Brent” markalı neftin qiyməti ortamüddətli perspektivdə 50 dollar/barelə düşəcək.

Rusiya mətbuatına istinadən, bu proqnozla ABŞ-ın nüfuzlu “JPMorgan” bankı çıxış edib.

Qurumun proqnoz-hesabatda qeyd olunub ki, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və beynəlxalq neft şirkətləri arasında rentabellilik uğrunda rəqabət neftin ucuzlaşmasına səbəb olacaq. Neftin daha rəqabətqabiliyyətli maya dəyərinə sahib olduğu regionlar uzunmüddətli perspektivdə qiymətin müəyyənləşməsi üçün əsas rol oynayacaqlar.

Bank həmçinin bəyan edib ki, OPEC üzvlərində neftin büdcə qiymətinin neytral həddi 2018-ci ildə üçün 65 dollar/barel, 2020-ci ildə isə 50 dollar/barel təşkil edəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər