Vakansiya haqqında məlumat:
Struktur bölmə : Proqramlaşdırma şöbəsi
Vəzifə : Mütəxəssis
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi : 20 sentyabr 2018
Əsas vəzifə öhdəlikləri:
1. Şirkətin, onun filial və nümayəndəliklərinin işinin avtomatlaşdırılması üçün idarəetmə sistemlərinin yaradılması istiqamətində proqram təminatını, onun tətbiqi üçün verilən tapşırıqları analiz etmək;
2. Proqram təminatının hazırlanması üçün əlavə sənədləri (texniki təsvir, istismar olunması üzrə təlimat) nəzərdən keçirmək və modellər hazırlamaq;
3. Yeni informasiya texnologiyalarının və proqram təminatının təkmilləşdirilməsini həyata keçirmək və şirkətin iş fəaliyyətində onların tətbiq edilməsini həyata keçirmək;
4. İstifadə olunan kompüter proqramları üzrə bütün seqmentlərin işinin effektiv təminatını həyata keçirmək;
5. Şirkətin struktur bölmələrinin sifarişlərini vaxtında və lazımi səviyyədə icra etmək;
6. Biznesə dəstək məqsədi ilə məhsullar üzrə verilmiş texniki tapşırıqları analiz etmək və texniki tapşırığa uyğun C# və ASP.NET proqramlaşdırma dillərində, MSSQL Server verilənlər bazasında işləyən proqram təminatlarını avtomatlaşdırmaq;
7. Daxili prosesləri analiz etmək və avtomatlaşdırılmış hesabat sistemini qurmaq;
8. Onlayn sistemi hazırlamaq və idarə etmək.
Namizədə olan tələblər:
İş təcrübəsi : Sahə üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur;
Təhsili/ixtisası : İstənilən ixtisas üzrə ali təhsil tələb olunur, informasiya texnologiyaları sahəsində təhsilə üstünlük verilir;
Dil bilikləri : Azərbaycan dilini mükəmməl bilməlidir, rus və ingilis dillərindən ən azı birini yüksək səviyyədə bilməlidir;
Kompüter bilikləri : SQL(MSSQL) biliyi olmalı, C#.Net, ASP.net proqramlaşdırma dillərini bilməli, HTML, Jquery, CSS-lə yaxşı səviyyədə işləmə bacarığı olmalıdır;
Üstünlüklər: Maliyyə sahəsində biznes proseslərinin idarəedilməsi üzrə iş təcrübəsi, ERP proqramlarından istifadə sahəsində təcrübə üstünlükdür;
Fərdi keyfiyyət tələbləri :
Məlumatı toplamaq və təhlil etmək bacarığı/Analitik düşüncə; təqdimetmə bacarığı; riyazi bacarıqlar; məxfi rejimdə işləmək və məlumatların məxfiliyini təmin edə bilmək; proseslərin avtomatlaşdırılması və optimallaşdırılması bacarığı; etibarlılıq; komanda ilə işləyə bilmək; aktiv öyrənmə bacarığı; məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı); təşəbbüskarlıq və yenilikçilik bacarığı.
İmtiyazlar:
Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 567-32-36
Vakansiya üçün müraciət qaydası : CV-lər “Proqramlaşdırma şöbəsinin mütəxəssisi” mövzusu ilə [email protected] ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.